Ca. Noy 14th, 2019

Başçı müavininin görüşdə istefa məsələsinə icradan QƏRİBƏ CAVAB

Ağsu rayon icra başçısının müavini İqbal Şahbaba oğlu Mikayılovun istefa verməsi haqda məlumat yayılıb.

Xəbər verdiyimiz kimi, Baku.vs rayonun yeni icra başçısı Vahid Tağıyevin sakinlərlə görüşü zamanı insident yaşandığını qeyd edib. Bildirilir ki, sakinlərdən biri probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib.

Nəticədə vəzifəsindən istefa verməli olub.

Ağsu rayon icra başçısının köməkçisi Vüqar Atakişiyev isə Axar.az-a açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib.

“Siz məgər mediada hər yazılana inanırsınız?” – deyə V.Atakişiyev bildirib.

Paylaş: