Bz. Dek 15th, 2019

Müharibə ermənilər üçün ölüm-dirim məsələsidir – Suriyalı ermənilər Türkiyə hücumu haqqında danışırlar

Türkiyənin hərbi əməliyyatları bu ölkədə yaşayan erməniləri ciddi narahat edir. Döyüşlərin qızğın getdiyi Tel Abyaddan Hələbə qaçan suriyalı ermənilər hərbi əməliyyatlardan sonra yaranan vəziyyətdən danışıblar.

Turkustan.info xəbər verir ki, “Qandzasar” qəzetinin müxbiri qaçqın düşən Sarqis Nazaryan və Vanes Keçeryanla görüşüb. Hücumlardan qabaq Tel-Abyadda işlə əlaqəli olan hər iki erməni bildirib ki, “Müharibədən əvvəl işimiz yaxşı idi. Türk hücumlarından sonra Tel-Abyad istiqamətində güllə səsləri eşidilməyə başladı. Türk silahlı qüvvələri Tel-Abyad və qonşu kəndləri havadan və qurudan hədəfə aldılar. Artıq şəhərdə qalmaq qeyri-mümkün idi. Hər şeyi qoyub getdik. Türkiyə sərhədi yaxınlığında, Suriyanın şimal-şərq kəndləri vəhşicəsinə bombardman edildi”.

Sargis Nazaryan isə bildirir ki, Hələbdə çox yaxşı qarşılanıblar.

“İndi vəziyyət qeyri-müəyyəndir, bizim gözləməkdən başqa çarəmiz yoxdur”, – deyə Sarqis Nazaryan vurğulayır.

Qaçqın düşən ermənilər bəyan edirlər ki, Türkiyənin Suriyanın şimal-şərqinə hərbi hücumunu pislənməlidir. Çünki bu, regional təhlükəsizliyin daha da pisləşməsinə, mülki şəxslərin ölümünə, məcburi köçkünlərin axınına və nəticədə yeni bir humanitar böhrana səbəb olacaq.

Qeyd edək ki, Türkiyə Suriyaya 9 oktyabrda hücum edib.   /konkret.az/

Paylaş: