Ca. Noy 14th, 2019

NATO Türkiyəyə qarşı vuruşa bilərmi? – Esperin cavabı

NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

Turkustan.info xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.

“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.

Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin “çətinləşə” biləcəyindən narahatlığını ifadə edib. “Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir”, – o qeyd edib.

Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası “15 minlik türk qüvvələrinə” mane olmayacaqlar.  /Report/

Paylaş: