Ca. Noy 14th, 2019

Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ

Şimali Kipr Türk Respublikasının prezidenti  Mustafa Akıncı Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına münasibət böyük etirazlara səbəb olub.

Turkustan.info
bildirir ki, Mustafa Akıncının özünün Facebook səhifəsində Türkiyə dövlətini qınayıb.
“Əgər bu, “Barış pınarı”dırsa, oradan su deyil, qan axır” ifadələrini işlədən M.Akınçının fikirləri rəsmi Ankarada təəssüflə qarşılanıb. Akıncı, həmçinin münaqişənin diplomatik və danışıqlar yolu ilə həllinə çağırıb.

“Mənə elə gəlir ki, Türkiyənin xoşbəxt gələcəyi türkün, kürdün, ərəbin birgə dialoqunda tapılmalı, 10 ildən artıq davam edən müharibəyə son qoyulmalıdır”,-deyə o bildirib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncını bu cür açıqlamaya görə qınayıb və onun uğursuz bəyanat verdiyini bildirib.
Fuat Oktay “Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir” deyib.  /Modern.az/

Paylaş: