Ça. Noy 12th, 2019

ABŞ nüvə silahını Türkiyədən çıxarır: MÜTTƏFİQLİYƏ SON

ABŞ Türkiyədən taktiki nüvə silahlarını çıxarmağı planlaşdırır. 

Turkustan.info xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Nəşrin yazdığına görə, artıq məsələ ilə bağlı Dövlət Departamenti və Energetika Nazirliyi müzakirələrə başlayıb. Qəzet xəbəri iki yüksək vəzifəli məmurla dəqiqləşdirib.

Mütəxəssislər hesab edir ki, indiki şəraitdə nüvə silahını Türkiyədə saxlamaq nüvə asılılığı deməkdir. İkinci tərəfdən, “İncirlik”dən bu silahın çıxarılması Amerika-Türkiyə alyansına son qoyulmasıdır.

Söhbət məhz Suriya sərhədindən 250 mildə yerləşən “İncirlik”də saxlanılan 50 silahdan gedir.   /Cebhe.info/

Paylaş: