Ca. Noy 14th, 2019

ADAU TGT-nin hesabat konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib.

Tədbiri giriş sözüylə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU TGT-nin bu illər ərzində böyük işlər gördüyünü, bunun da öz növbəsində qürurverici olduğunu bildirib. O, gənclərə ictimai fəaliyyətin dərs prosesinə əngəl törətməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və tələbələrə işlərini sistemli şəkildə qurmağı tövsiyyə edib.

Sonra çıxış edən universitetin Daxili Nəzarət şöbəsinin müdiri, Namiq Cəfərov tələbələrə könüllülük fəaliyyətinin səmərəli təşkili  ilə bağlı məlumat verib.

ADAU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini Orxan Muradzadə TGT-nin yaranması, fəaliyyəti, əlaqələri, tərkibi, gördüyü işlər və qarşıda duran prioritet məsələlərdən danışıb.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri vəzifəsinə fəal gənclərin namizədliyi səsə qoyulub. Səs vermə nəticəsində səs çoxluğu ilə Aqrononmluq fakültəsinin 3-cü kurs tələbəsi Orxan Muradzadə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçilib.

Hesabat konfransı universitetin ictimai həyatında öz fəallığı ilə seçilən tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Paylaş: