Ça. Noy 12th, 2019

Sığırlı stansiyasında baş verən hadisə ilə bağlı RƏSMİ

Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Turkustan.info-ya verilən məlumata görə, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb.

Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

Paylaş: