01 Dekabr 2020 21:12

“Sülh çeşməsi” hərəkatınada 595 terrorçu məhv edilib

“Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində indiyədək 595 terrorçu zərərsizləşdirilib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı gecə boyu müvəffəqiyyətlə davam edib. Terror təşkilatı PKK/PYD-YPG-nin mövqeləri qurudan və havadan vurulub. Əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 595 nəfərə çatıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlayıb.  /Cebhe.info/

Paylaş: