Türkiyə ordusu Suriyada iki şəhid verdi – FOTO
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb.
Turkustan.info Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Münbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib.
Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.
/Modern.az/