Türkmənistan təmsilçisi də Bakıya gəldi – Türk Keneşi toplantısına – FOTOFAKT
Bu gün Bakıda keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasının (Türk Keneşi) VII Zirvə Görüşündə Türkmənistanın təmsilçiliyi qeyri-müəyyən idi. Dünən gələn dövlət təmsilçiləri içərisində Aşqabaddan nümayəndə yox idi.
Turkustan.info xəbər verir ki, Türkmənistan Baş Nazirinin müavini Purali Aqamuradov bu gün Bakıya gəlib. O zirvə görüşündə Türkmənistanı təmsil edib.
(Fotoda sağdan birinci)