Ca. Noy 14th, 2019

Energetik içkilər narkotik effekti verir?

“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”.

Turkustan.info e-tibb.az-a istinadən xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, son aylarda məktəblərdə energetik içkilərdən çox istifadə edirlər.

Onun sözlərinə görə, bu içkilərdən həftədə 1-2 dəfə istifadə ziyan törətmir.

Amma orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meylləri artır: “Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdirlər və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir”.

Paylaş: