Ca. Noy 14th, 2019

Erməni terror təşkilatı Qarabağda təlim düşərgəsi açır?

“Suriyada Türkiyənin uğurlu hərbi əməliyyatları davam edir. Türkiyə bu əməliyyatı keçirməklə Yaxın Şərqdə böyük siyasi oyunları pozmaqla yanaşı, regional gücdən qlobal güc müstəvisində siyasətini diktə etməsinə gətirib”.

Turkustan.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Erməni terror təşkilatı Qarabağda təlim düşərgəsi açır?

Politoloq qeyd edib ki, Türkiyənin “Barış pınarı” hərbi əməliyyatı ABŞ-ın Suriyanın Şimalında Kürd muxtariyyətinin qurulmasının qarşısını almış oldu:

“Burada diqqət çəkən məsələ budur ki, Suriyada yaşayan ermənilər də Ankaraya müharibə elan edib. Əgər Türkiyə bu hərbi əməliyyatlara başlamasa idi, burada kürd muxtariyyəti yaradılaraq erməni terrorizminin inkişafına da zəmin yaranacaqdı. Suriyada Nubar Ozanyan adına Suriya-Erməni könüllüləri batalyonu, Türkiyəyə qarşı PKK terror təşkilatı ilə birgə döyüşməyə qatılıb.

Qeyd edim ki, Nubar Ozanyan adına Suriya-Erməni könüllüləri batalyonu Türkiyənin hərbi əməliyyatları bitəndən sonra Qarabağda düşərgə salıb, Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətə keçməsi mümkündür. Azərbaycan və Türkiyə bu terror təşkilatını diqqətdə saxlamalı və Qarabağa keçərsə, həmən antiterror əməliyyatına başlamalıdır”.   /Cebhe.info/

Paylaş: