Ça. Noy 12th, 2019

Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin”

“”Traxtor”un oyunçusu Mehdi Bəbri “Barış Pınarı” hərəkatına dəstəyini göstərərək İnstagram səhifəsində Türk əsgərinə salam göndərdiyinə görə İranda futboldan uzaqlaşdırılmış və bu paylaşımı silməyə məcbur edilmişdir”.

Bunu deputat Fazil Mustafa bildirib.

“Əlbəttə, bəyənməsək də, bu İranın daxili işi olduğuna görə həmin qərarın şərhini vermək istəməzdim. İndi buyurub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan anlamlı bir addım atsın: Türkiyənin öndə gələn klublarına müraciət etsin ki, “Traxtor”un oyunçusu Mehdi Bəbrini yüksək transfer məbləği qarşılığında öz klublarına gətirsinlər. Tərcüməçiyə ehtiyac duyulmayacaq, çünki bu Bəbir Mehdi də özbəöz türk dilində danışacaq və bu ürəklə hamıdan daha çox Türkiyə və Türk üçün oynayacaq!!! Bunun Türk əsgərinə və bütövlükdə Türk millətinə gətirəcəyi moralı izah etməmizə gərək varmı? Yeri gəlmişkən, bunu “Qarabağ” da edə bilər. “Qarabağ” büdcəsi azdır deyə, bu işi ilk öncə Türk klublarının boynuna qoymaq istədim…”, – deyə Fazil Mustafa bildirib. (modern.az)

Paylaş: