Ça. Noy 12th, 2019

Türk dünyası coğrafiyasının öyrənilməsi istiqamətində vacib addım

Yeni yaradılmasına baxmayaraq cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə maraqlı yerli və beynəlxalq miqyaslı araşdırmalar, akademik tədqiqatlar təqdim edən Sosial Tədqiqatlar Mərkəzi ölkəmizin ən çox ehtiyac duyduğu sahələrdən biri – beyin mərkəzi ilə bağlı boşluğu uğurla doldurmaqda israrlı görünür. Cəmiyyətin inkişaf dinamikasının, ictimai sifarişlərin öyrənilməsi və sistemli şəkildə təhlili nəticəsində müxtəlif sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsi baxımından STM-in həyata keçirdiyi sosial funksional missiya mühüm əhəmiyyətə malikdir. Vətəndaş-cəmiyyət-dövlət üçbucağı arasında münasibətlərin harmonikliyinin təminatı, idarəedici aparatın çoxmilyonlu auditoriyaya verdiyi mesajların doğru anlaşılması və ölkədə həyata keçirilən dövlət siyasətinin, çoxşaxəli islahatların real qarşılığının daha qabarıq şəkildə özünü göstərməsi üçün ictimai rəyin öyrənilməsi mexanizmlərindən effektiv istifadə olunması vacibdir. STM-in qısa müddət ərzində 10 sosioloji tədqiqat və ictimai rəy sorğusu keçirməsi bu qurumun üzərinə düşən işi yüksək səviyyədə icra etdiyini bir daha sübut edir.

Bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü ərəfəsində adıçəkilən quruma daxil olan 5 ölkə xalqının arasında aparılan sorğu da Sosial Tədqiqatlar Mərkəzinin cənab prezident İlham Əliyevin “Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir” fikrindən yola çıxaraq verdiyi çevik və sistemli reaksiyalardan biri saymaq olar.

Hörmətli Zahid Oruca və rəhbərlik etdiyi kollektivə təşəkkürümü bildirir və işlərində uğurlar arzulayıram.

Bu sorğuda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan vətəndaşlarının bir-biri haqqında məlumatlılıq səviyyəsi araşdırılıb.

//stm.az/…/turk-barometri-neyi-ifade-edir-ikinci-hiss…

Azərbaycanlılar ardıcıllıqla Türkiyəni (58,9%), Qazaxıstanı (33,6%), Özbəkistanı (26,6%), Türkmənistanı (23,7%), Qırğızıstanı (19,1%) tanımaq istədiklərini bildiriblər.

Qazaxıstan vətəndaşları Türkdilli ölkələrdən ən çox Türkiyəni (31,1%), daha sonra Azərbaycanı (19,7%) tanımaq istədiklərini bildiriblər. Respondentlərin 26,1%-i türkdilli ölkələr haqqında məlumat mənbələrinin az olduğunu düşünür.

Qırğızıstan vətəndaşları Türkiyəni (48%), Qazaxıstanı (19,7%), Türkmənistan və Azərbaycanı (16%), Özbəkistanı (9,16%) daha yaxşı tanımaq istədiklərini bildiriblər.

Türklər Azərbaycan (54,8%), Türkmənistan (40,2%), Qazaxıstan (31,2%). Özbəkistan (27,3%) və Qırğızıstan (22,7%) haqqında məlumat almaq istədiklərini bildiriblər.

Özbəkistan vətəndaşları Türkiyəni (35,6%), Azərbaycanı (19,4%), Türkmənistanı (12,8%), Qazaxıstanı (12,2%), və Qırğızıstanı (6,8%) daha yaxşı tanımaq istədiklərini bildiriblər.

Elməddin Behbud

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri

Paylaş: