Ca. Noy 14th, 2019

Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ

Bu gün Ankarada Türkiyə Prezidenti Ərdoğanla 1 saat 40 dəqiqə çəkən görüşdən sonra ABŞ-ın vitse-prezidenti Maykl Pens Amerikanın bu ölkədəki səfirliyində açıqlama verib.

O, Ərdoğanla görüşdə “Barış Pınarı” əməliyyatının dayandırılması ilə bağlı razılaşdıqlarını deyib: “ABŞ və Türkiyə Suriyada atəşkəs haqqında razılaşdı. Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı dayandıracaq, YPG/PYD isə 120 saat ərzində Türkiyənin arzu etdiyi məsafəyə çəkiləcək.

Bundan əlavə, Türkiyə Kobaniyə hər hansı müdaxilə etməyəcəyi haqda tələbimizə də razılaşdı”.

O, əlavə edib ki, ABŞ “Barış Pınarı” əməliyyat zonasından YPG silahlılarının çıxarılmasına kömək edəcək: “Hər şey qaydasında olduğundan, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi də gündəmdə olmayacaq”.

Pensin çıxışı ərəfəsində isə ABŞ prezidenti Donald Tramp  sosial şəbəkədə “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, – deyə yazıb.

YPG 120 saat ərzində Türkiyənin müəyyən etdiyi Güvənli Bölgədən çəkiləcək.

ABŞ Türkiyəyə yeni sanksiyalar tətbiq etməyəcək, bu vaxta kimi tətbiq edilən sanksiyalar da geri çəkiləcək.

1) Pkk-a verilən ağır silahlar geri qaytarılacaq

2) Uzunluğu təcili olan xəndəklər və tunellər məhv ediləcəkdir.

3) Pkk, Türkiyenin elan etmiş olduğu 30km enine və 422km uzunluğundakı eraziden şimala çəkiləcək.

4. Təhlükəsizlik zolağı Türkiyə tərəfindən qorunacaq.

5) 120 saatdan sonra yuxarıdakı ilk üç bənd yerinə yetirilmişsə, hərəkətin məqsədləri yerinə yetirilmiş və avtomatik olaraq başa çatacaqdır. Əks təqdirdə #barışpınarıherakatı davam edəcək ..

Təhlükəsiz bölgə üçün Türkiyə cavabdeh olacaq.

Paylaş: