Ca. Noy 14th, 2019

Ərdoğandan Trampın məktubundan DANIŞDI: “Zamanı gələndə cavabı veriləcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Tramp tərəfindən ona yazılan təhdid məktubuna cavab verib.

Xarici media xəbərlərinə görə, Ərdoğan vaxtı gələndə bu mövzuya lazım olan cavabı verəcəyini bildirib:

“Amerika prezidentinin siyasi etikaya yaraşmayan məktub mediyada yayımlandı. Trampın bu addımını əlbəttə unutmadıq.  Unutmağımız mümkün deyil.  Amma qarşılıqlı sevgi və hörmətimiz hər şeydən önəmlidir. Zamanı gələndə bu mövzu ilə bağlı lazım olan addımı atacağımızı bilməyinizi istəyirik.” (unikal.org)

Paylaş: