Ca. Noy 14th, 2019

ADAU-da Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  2 saylı Tələbə evində 18 oktyabr – Milli Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilkdən sonra, tədbirdə çıxış edən Rektorun köməkçisi Rufanə Əliyeva, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əbədi və dönməz olması üçün göstərdiyi səylərdən danışaraq prezident İlham Əliyevin  xidmətləri sayəsində hazırda Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Daha sonra çıxış edən ADAU-nun elmi işlər üzrə prorektoru Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb.

Sonda tələbələrin çıxışları dinlənilib, universitetin ərazisində yerləşən şəhidlərin büstü üzərinə gül dəstələri qoyularaq, ehtiramla yad edilib.

Paylaş: