Ca. Noy 14th, 2019

ADAU-da Müstəqillik gününə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində 18 oktyabr – Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilkdən sonra, ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Ramin Məmmədov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov çıxış edərək, müstəqilliyimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza etdiyi əvəzsiz xidmətlərini və ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu işlərdən söhbət açıb.

 Sonra fakültənin ixtisasları üzrə təşkil edilmiş komandalar arasında müstəqillik gününə həsr edilmiş intelektual yarışma başlanıb. Yarışın gedişində musiqi fasiləsi elan edilib, tələbələr müstəqiliyimizin uğurlarına həsr edilmiş şeir, mahnı və müxtəlif kompozisiyalar ilə çıxış ediblər. On iki komanda arasında müstəqilliyimizə həsr edilmiş bilik yarışmasında “Bitki mühafizəsi” ixtisasının “Qızılgül” komandası birinci yerə, “Aqronomluq” ixtisasının (azərbaycan bölməsi) “Azadlıq” komandası ikinci yerə, “Aqronomluq” ixtisasının (rus bölməsi) “Beşinci element” komandası üçüncü yerə layiq görülüb.

Sonda komanda üzvləri qiymətli hədiyyələrlə və fəxri fərmanlarla təltif ediliblər.

Paylaş: