Ça. Noy 19th, 2019

Çavuşoğludan AÇIQLAMA: “”Barış pınarı” hərəkatı dayandırılmayıb”

“ABŞ ilə bir nəticə əldə edə bilmədiyimiz üçün “Barış pınarı” hərəkatını başlatmışdıq. Məqsədimiz, bölgənin terrorçulardan təmizlənməsi idi”.

Turkustan.info  xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bugünkü müzakirələrdə Cənab Prezidentimizin qətiyyətli liderliyi nəticəsində istədiklərimizi aldıq. ABŞ tərəfi Türkiyənin təhlükəsizlik maraqlarının qorunması baxımından təhlükəsiz bölgənin əhəmiyyətini qəbul etdi. Buranın Türk Silahlı Qüvvələri tərəfindən nəzarət edilməsində tam razılaşma təmin olundu.

Beləliklə ABŞ tərəfi hərəkatımızın və hədəflərimizin şərtlərini qəbul etmiş oldu və bundan sonrakı zamanda təbii ki, hamı ilə bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Digər tərəfdən, YPG-nin ağır silahlarının toplanması, mövqelərinin dəstəklənməsinin məhv edilməsi məsələsində razılığa gəldik”, – deyə Türk nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında siyasi prosesə bağlılığı bir daha bildirilib.

“Görüşlərdə ABŞ ilə iki NATO müttəfiqi olaraq aramızdakı həmrəyliyi də qeydə aldıq. PKK/YPG-nin 120 saat içində təhlükəsiz ərazidən çıxması üçün “Barış Pınarı” əməliyyatına fasilə verəcəyik, dayandırma deyil, fasilə verəcəyik. Bu bir atəşkəs deyil, atəşkəs ancaq iki qanuni dövlət arasında olur. Biz sadəcə əməliyyatın hədəfi olan terrorçuların təhlükəsiz bölgədən çıxması üçün hərəkata fasilə veririk. Ancaq təhlükəsiz bölgədən, buradan bu terror ünsürləri tamamən çıxandan sonra hərəkatı tamamilə dayandıra bilərik.

Biz əməliyyatlara fasilə verdiyimiz müddətdə ABŞ tərəfi sanksiyaları dayandıracaq və daha sonra bir az əvvəlki şərtlər reallaşdırıldığından sonra, yəni bu 120 saat ərzində ancaq YPG ünsürləri çıxdıqdan sonra hərəkatı dayandıra bilərik və bu mərhələdən sonra hazırda mövcud olan sanksiyalar ləğv ediləcək”, – deyə Çavuşoğlu bildirib.  /Modern.az/

Paylaş: