Ca. Noy 14th, 2019

Hulusi Kılıç Anadolu Universitetinin məzun və tələbə heyəti ilə görüşdü – FOTOLAR

Oktyabrın 18- də Anadolu Universiteti Azərbaycan Proqramlarında Türk Dünyası Parlamentlər Birliyinin Xarici əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycanda (2008-2012) və Moldovadakı (2016-2018) sabiq səfiri Hulusi Kılıcla görüş keçirildi. Görüşdə ATIB-IH-nin  sədri Cemal Yangın, ATIB IH –nin üzvü  Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Moderator.az saytının Baş redaktoru Zülfuqar Hüseynzadə, Anadolu Universiteti Azərbaycan Proqramlarının əməkdaşları, Universitetin bir grup məzunu, tələbələri və Universitetə yeni qəbul olunacaq tələbələr iştirak edirdilər.

 Görüşü giriş sözü ilə açan Azər Hətəmov öncə Azərbaycanın  Dövlət Müstəqilliyi  Günü münasibəti  ilə hər kəsi təbrik etdi. Sonra Hulusi bəy haqqında məlumatlar verərək  Hulusi bəyin T.C.-nin Azərbaycandakı səfiri vəzifəsində olduğu dönəmdən və həmin vaxtlarda  Hulusi bəyin Anadolu Universiteti Azərbaycan Proqramlarının ərsəyə gəlməsində ki,  fədakarlıqlarndan,tələbələrə hər zaman göstərdiyi qayğılarından danışdı.Həmçinin qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk olaraq  səfir kimi Hulusi Kılıça Dostluq ordeni verilmişdir.
Sonra çıxış edən Hulusi Kilic bu təhsil layihəsinin həmin dönəmlərdəki çətin şərtlərə baxmayaraq,açlması üçün göstərdikləri hərtərfli səylərindən və bu layihənin Türk dünyası üçün önəmindən bəhs etdi.
ATIB iH sədri Cemal Yangin da bu layihənin  icrasina başlandığı illərdəki çətinliklərə baxmayaraq inkişaf etdirilməsindən və Türkiyə qurumlarına kadr ehtiyatı baxımından əhəmiyyətindən söz açdı. Sonra Universitetin məzunlarından Elmar Haciyev, Sona Salmanlı, Nuray Ozturk, Röya Rzayeva,Arslan Arzumanlı,Fərqanə  Quliyeva çıxışlar edərək Hulusi bəyə təhsilə  göstərdiyi dəstəklərə görə təşəkkür etdilər. Səmimi şəraitdə keçən görüş sonrası xatirə şəkilləri çəkildi.

Paylaş: