Ça. Noy 12th, 2019

İlham Əliyev xalq artistinə möhtəşəm ev bağışladı – FOTO

Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib.

Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub. (oxu.az)

 

 

Paylaş: