Ça. Noy 19th, 2019

Kürd politoloqun xoflu açıqlaması: Türkiyə oraya gələrsə…

Kürd qüvvələrin Suriyanın şimalından çıxarılması hökumət qüvvələrinin iştirakı ilə mümkündür.

Turkustan.info xəbər verir ki, bu sözləri kürd əsilli politoloq Reyzan Xedu Türkiyə və ABŞ-ın Suriya ilə bağlı atəşkəs razılaşmasını şərh edərkən deyib.

“Əgər Suriya ordusu Pensin dediyi kimi, Suriya Demokratik Qüvvələrinin (SDQ) yerini tutarsa, o zaman bu, müsbətyönümlü addımdır. Lakin Türkiyə ordusu, yaxud onların “milli ordu” adlandırdıqları (Suriya Milli Ordusu nəzərdə tutulur – red.) burada yerləşdirilərsə, bu halda regionun demoqrafiq vəziyyəti dəyişəcək”, – deyə politoloq bildirib.

O iddia edib ki, Suriyanın şimal-şərqindəki əhali Türiyənin hakimiyyəti altında yaşamaq istəməyəcək.

Qeyd edək ki, ötən gün Türkiyə lideri Ərdoğanla AŞ vitse-prezidenti Pens arasında əldə edilən razılaşmasına görə, Türkiyə 120 saat ərzində “Sülh çeşməsi” əməliyyatını dayandıracaq. Əvəzində YPG-nin başçılıq etdiyi SDQ qüvvələri Suriyanın şimal-şərqindən geri çəkiləcək və ağır silahlar onlardan alınacaq.  /Axar.az/

Paylaş: