Ca. Noy 14th, 2019

Şarm Samirə ilə efirə qayıdır

Şarm verilişi yenidən qayıdır.

Turkustan.info xəbər verir ki, proqram Xəzər TV-də həftənin şənbə günləri saat 15.40-da teleaparıcı Samirə Rəhimovanın təqdimatında yayımlanacaq.

Əvvəlki layihələrdən fərqli olaraq “Şarm Samira ilə” təkcə gözəllik mövzusu ilə kifayətlənməyəcək. Müasir yaşam tərzinə uyğun istiqamətlərdə müxtəlif rubrikalar da hazırlanacaq. Birbaşa reklam anlayışından uzaqlaşaraq daha çox maarifləndirici çəkilişlər aparılmasına üstünlük veriləcək. Aparıcının qeyd etdiyinə görə, eyni zamanda sosial aləmin aktiv izləyiciləri belə veriliş vasitəsilə hədiyyələr də əldə edə biləcək.

/Azadinform/

Paylaş: