Bz. Noy 17th, 2019

Sumqayıt kitabxanalarında müstəqillik günü qeyd olunub

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində 18 oktyabr Dövlət Müsrəqilliyi günü münasibətilə tədbirlər keçirilib.

S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Xalqımızın tarixi günü” adlı oxucu konfransı keçirilib. Tədbirdə şəhərin 14 saylı orta məktəbin və  20 saylı İnternat tipli gimnaziyanın müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə “Müstəqilliyimiz tarixi sərvətimizdir” adlı kitab sərgisi nümayiş olunub, mövzu ilə əlaqədar məruzələr dinlənilib,  videoçarx izlənilib, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Müstəqil dövlətimiz” adlı ədəbi-bədii gecə Azərbaycan Respublikasının dövlət himninin sədaları ilə başlayıb. Tədbirdə kitabxanaçı Şeyda Qurbanova “Müstəqilliyimiz əbədidir” adlı məruzə ilə çıxış edib, “Müstəqil respublikamız” adlı kitab sərgisi haqqında oxucuları məlumatlandırıb.  Sonra 28 saylı məktəbin şagirdləri və kitabxana klubun fəal oxucuları mövzu ilə əlaqədar bilik yarışması keçirib, şeirlər söyləyib, İlyas Tapdıq və Oktay Hüseyinin ”Bayrağım” hekayəsi əsasında hazırlanmış kompozisiyanı təqdim ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti 

Paylaş: