Be. Noy 18th, 2019

Ərdoğanı razı salmışdım, Avropa səhv etdi – Berluskoni

2003-cü ildə Ərdoğanı Avropa Birliyinə üzvlük üçün müraciət etməyə razı sala bildim, amma sonra bəzi avropalı liderlər buna yox dedilər. Bu, bir xəta idi.

Turkustan.info xəbər verir ki, bunu İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni deyib.

“Ərdoğan o zaman bir sorğu keçirmişdi. Türklərin 63%-i Avropaya qatılmaq istəyirdi, amma bu olmadı və Ərdoğan başqa yönə döndü. O, bir növ Osmanlı imperatorluğunu xatırladan bir şey inşa etmək niyyətinə düşdü.

NATO-nun önəmli hərbi gücü olan, Asiya ilə Avropa arasında, Qərblə Şərq arasında yer alan Türkiyə bu gün qərbləşmək yerinə getdikcə islamçı ölkəyə çevrilir. Bu bizə görə yaxşı bir şey deyil. Avropanın qondarma liderləri xəta etdilər”, – deyə o bildirib.  /Axar.az/

Paylaş: