Be. Noy 18th, 2019

Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və…

İşğal altındakı Dağlıq Qarabağa səfərdən sonra erməni politoloq Arkadi Melkonyan separatçı rejimdəki həyatla bağlı səs-küylü açıqlama ilə çıxış edib.

News Front agentliyinin “Əslində” verilişinin studiyasında Melkonyan, Dağlıq Qarabağ və Donbas arasında paralellər apararaq qeyd edib ki, “dqr”də yaşayış səviyyəsi kifayət qədər yüksəkdir.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən müntəzəm səsləndirilən işğal olunmuş ərazilərdəki “inanılmaz həyat” ilə bağlı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş ərazilər əhalisiz qalmaqda davam edir.

Uzun illərdir ki, Ermənistan hakimiyyəti bu ərazilərin məskunlaşması üçün səy göstərir, müxtəlif sosial proqramlar hazırlayır. Lakin ermənilər Qarabağda yaşamaqdan imtina edirlər. 2014-2015-ci illərdə Suriyanın bir hissəsi “İslam Dövləti” terrorçuları tərəfindən işğal edildikdə, Ermənistan hökuməti Suriyadakı erməni qaçqınları Qarabağda yerləşdirməyə cəhd göstərdi. Bir neçə yüz suriyalı erməni Qarabağa gəldi, yeni həyat qurmağa cəhd etdi.

Ancaq zaman göstərdi ki, müharibə şəraitində olan Suriyada yaşamaq daha yaxşıdır, nəinki “dinc” Dağlıq Qarabağda.

Türkiyə Ordusunun Suriyadakı hərbi kampaniyasının başlaması ilə də Ermənistan hakimiyyəti, suriyalı ermənilərin bir hissəsini, sonradan Dağlıq Qarabağda yerləşdirmək məqsədilə Ermənistanda məskunlaşdırmaq qərarına gəldi.

Ermənistanın “Jamanak” qəzetinin verdiyi məlumata görə, hazırda müxtəlif hesablamalara görə, Hələbə köçməkdən imtina edən 3800-4000 erməni kürdlərin nəzarətində olan Kamışlı bölgəsində qalmaqda davam edir.

Qəzetin yazdığına görə, onlara Ermənistana köçmək təklif olunub, lakin onlar da Ermənistandakı yaşayış şəraitinin müharibə şəraitində olan Suriyadakı vəziyyətdən daha yaxşı olmadığını bildiklərini söyləyərək bu təklifdən imtina ediblər.

Qəzet qeyd edir: “Ermənilərin yaşadığı məhəllələr hələ atəşə tutulmur, baxmayaraq ki, bombalanma səsləri burada yaxşı eşidilir”.  /yeniavaz.com/

Paylaş: