Ça. Noy 12th, 2019

Türkiyə ordusuna tankdan atəş açıldı – İki əsgər şəhid oldu

Türkiyə ordusunun iki əsgəri şəhid olub.

Turkustan.info APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında əldə edilən razılaşmaya uyğun olaraq oktyabrın 20-də Suriyanın şimalında Tel-Abyad bölgəsində YPG/PKK terrorçularının bölgədən çıxması ilə əlaqədar müşahidə aparan zaman hərbçilərə tankdan atəş açıldığı barədə məlumat yayıb.

Nəticədə bir hərbçi şəhid olub, bir hərbçi yaralanıb.

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində isə PKK terrorçularının açdığı atəş nəticəsində bir əsgər ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, əsgər şəhid olub.

Paylaş: