Ca. Noy 14th, 2019

ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-da intensiv kurslara başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bitki mühafizəsi üzrə ingilis dilində ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoostun intensiv kursu start götürüb.

Kursda ADAU-nun gənc müəllimləri ilə yanaşı müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak ediblər.

Tədbirin açılışında ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib. Rektor bildirib ki, professor Mohammad Babadoost  ADAU ailəsinə doğma bir alimdir və bu professorun ADAU-ya birinci səfəri deyil. İndi isə tamam fərqli, gənc kadrlar üçün müstəsna əhəmiyyət kəsb edən intensiv kurs başlayıb. Gənc müəllimlərin üçün bu kurs beynəlxalq elm aləmi ilə bilik və təcrübələrinin bölüşdürülməsi deməkdir. Hesab edirəm ki, bu ənənə halını almalıdır.

Qeyd edək ki, kurs ödənişsizdir və kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat veriləcəkdir.

Paylaş: