Bz. Noy 17th, 2019

Azərbaycanda qorxunc virusa yoluxanların sayı açıqlandı

Bu ilin yanvar-sentyabr ayları ərzində 524 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub.

Turkustan.info-nun məlumatına görə, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında öz əksini tapıb.

Məlumatda bildirilir ki, onların 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub. Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olub. Onun 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.  /Yeniavaz.com/

Paylaş: