Be. Noy 18th, 2019

Ermənilərin dəstəklədiyi PKK və YPG onları belə təhqir etdi – Dini məbəd dağıdıldı və… – Video

Türkiyənin Suriyadakı “Barış Pınarı” hərbi əməliyyatı ermənilərlə bağlı daha bir biabırçılığın üstü açılıb.

Erməni terrorçuların dəstək verdiyi PKK və YPG terror təşkilatı “qardaşlar”ını təhqir edib.

Belə ki, onlar Təll-Abyad şəhərində yerləşən erməni klisəsini təhqir edərək pis vəziyyətə salıblar. Dini məbədi gərargah olaraq istifadə edən PKK və YPG ermənilərin müqəddəs bildiyi şəxslərin fotolarını yığışdıraraq əvəzində terrorçuların həbsdə olan lideri Abdullah Öcalanın şəkillərini oradan asıblar. 

Xatırladaq ki, bir neçə gün əvvəl Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib. Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edib və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırıblar. (yenisabah)

 

 

Paylaş: