Be. Noy 18th, 2019

İran da Türkiyəyə qarşı çıxır

“Türkiyənin Suriyada təhlükəsizlik bölgəsindən müşahidə məntəqəsi yaratmasına qarşıyıq”.

Turkustan.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

Türkiyənin təhlükəsizlik qayğılarını başa düşdüklərini deyən Musəvi Türkiyənin Suriyanın ərazi bütövlüyünə hörmət göstərməsinin lazım olduğunu bildirib:

“Ankaranın Suriyada hərbi müşahidə məntəqələrini qurmasının əleyhinəyik. Bu məsələlər diplomatik yollarla həll olunmalıdır. Suriyanın ərazi bütövlüyünə hörmət göstərilməlidir”.  /Modern.az/

Paylaş: