C. Noy 22nd, 2019

Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!”

Əvvəllər Azərbaycan cəmiyyəti daha mühafizəkar olduğundan qeyri-ənənəvi cinsi orientasiya nümayəndələri (geylər, lesbiyanlar, biseksuallar, transeksuallar və digər cinsi azlıqlar) üzə çıxmağa cəsarət etmirdilərsə, son illər bunun əksini görürük.
Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da onlar tədricən aktivləşməyə başlayıblar. Hətta belə desək ki, meydan sulayırlar, səhv etmiş olmarıq.
Bu aktivlik artıq o həddə çatıb ki, cinsi azlığın nümayəndələri az qala hər gün televiziya ekranlarında, sosial şəbəkələrdə, konsertlərdə danışır, çıxış edir, hətta bizlərə ağıl öyrədir, məsləhər verirlər…
Onların sanki güclü himayədarları var: bu insanlara tədricən geniş meydan verilir, pul buraxılır, müxtəlif sahələrdə çıxış etmələrinə  – hətta televizyalarda veriliş aparmalarına şərait yaradılır, irəli çəkilirlər…
Artıq cinsi azlığın nümayəndələri mətbuatda gey və ya transeksual olduqlarını bəyan etməkdən belə çəkinmirlər..
Bir neçə gün əvvəl Bakıdakı hansısa məkanda iki gənc “oğlan”ın nişan mərasimindən çəkilmiş video və fotoların sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb oldu. Böyük əksəriyyət onları qınasa da, rəylərdən həmin gəncləri müdafiə edənlərin də az olmadığı görünürdü…
Qloballaşma və müasirliyi əllərində bayraq edən bəzi gənclər sanki özləri də bilmədən qeyri-ənənəvi cinsi orientasiya nümayəndələrini müdafiəçisinə çeviriliblər.
Bu gün Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər açıq şəkildə Azərbaycanaa da transformasiya olunur, sağlam ailə modulunu dağıtmağa yönəlmiş əməllərə haqq qazandırılır…
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, ilk növbədə sual olunmalıdır belə insanlar cəmiyyətimizdə necə formalaşmağa başladı:
“Hər hansı ölkəyə marağı olan xarici qüvvələr o ölkəyə top və ya tüfənglə daxil olmur. “Yumşaq metodlar” deyilən yollar var ki, bu məsələdə həmin qüvvələr ondan istifadə edirlər. Bu, ölkənin mədəniyyətinə, əxlaqi-mənəvi dəyərlərinə təsir etməklə bağlıdır. Bizdə də bu istiqamətdə işlər gedir. Qloballaşmanın sürətlə getdiyi, sosial şəbəkələrin gündəlik həyatımızda önəmli mövqe daşıdığı zamanda insanların cinsi münasibət barədə təsəvvürlərində sərbəstlik, çoxməlumatlılıq yaranıb. Bəzi təsiredici  qüvvələr də çalışır ki, internet vasitəsilə erotik, pornoqrafik məlumatlar çox yayılsın. Pornoqrafik materiallara çox baxan insanlar normal ailədə belə, cinsi nöqteyi-nəzərdən qorxulu olan bir sıra yollara üz tuturlar. Bunun da nəticəsi olaraq cəmiyyətdə gənclər arasında cinsi azlıqların sayı çoxalır.   Bu tip insanlara hər hansı qadağanı qoya bilmərik. Lakin onları qabağa çəkmək, reklam etmək problemin daha da qabarması, bu cür insanların sayının çoxalması ilə nəticələnə bilər”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı cinsi orientasiyasını dəyişənlərin geniş təbliğatından narahatdır:
“Hazırda televiziyalarda cinsi azlıqların nümayəndələri baş tacı edilir. O cür bayağı, heç cür əxlağa sığmayan hərəkətlərlə məşğul olan adamlar sosial şəbəkələrdə də təbliğ olunur. Bu, təkcə bizim milli-mənəvi dəyərlərə yox, insanlığa, yaranışa ziddir. İşin içərisindən çıxmaq üçün də deyirlər ki, problemli adamlardır, özlərindən aslı olan hal deyil. Lakin bu şüurlu şəkildə edilən, əxlaqsızlıqdır, xəstəlik yox”.
Xalq artisti, tanınmış rejissor-aktyor Əbdül Mahmudov sözügedən şəxslər haqqdna çox sərt hökm verir. Deyir ki, güllələnmə bərpa olunma və belə insanlar mütləq güllələnməlidir.
“Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə insanlığa  zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır. Mən prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib. Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan yan qaçmalıyıq”.  /moderator.az/

Paylaş: