Be. Noy 11th, 2019

85 yaşlı Akif Əlizadə istefa verdi? – SON DƏQİQƏ

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.  

Artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

Demokrat.az saytı yazır ki, AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 85 yaşı var.

Paylaş: