Be. Noy 11th, 2019

Azərbaycanda daha bir zavod inşa edilir

İqtisadiyyat Nazirliyinin 508,14 hektar əraziyə malik Sumqayıt Kimya Sənaye Parkı MMC uzunmüddətli proqramlar və iqtisadiyyatın inkişafının davamlılığını təmin edən konsepsiya əsasında fəaliyyət göstərir. Müəssisənin ərazisində yeni zavodlar inşa olunur.

Turkustan.info xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərtac-a müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində AzerFloat QSC-yə məxsus şüşə lövhələrin istehsalı zavodunun tikintisi gələn il başa çatacaq.

N.Səfərov bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşunun nəzərdə tutulduğunu qeyd edib.

Paylaş: