Ca. Noy 14th, 2019

Aİİ-də “Effektiv öyrənmə üsulları” mövzusunda təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Effektiv öyrənmə üsulları” mövzusunda təlim keçirilib.

Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva bildirib ki, ali təhsil müəssisəsindəmüxtəlif mövzularda tədbirlərin təşkil edilməsində məqsəd tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsidir. Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, gənclərə mütaliə və məsuliyyət vərdişlərinin aşılanmasında, o cümlədən, tələbələrdə fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.

“Effektiv öyrənmə üsulları” mövzusunda çıxış edən Fəxrəddin Abdullayevdəyişim və onun gücü, effektiv öyrənmə, özünəinam və daxili intizamın gücü haqqında söhbət açıb. F.Abdullayev “Özünəinam nədir və nə ilə ölçülür?”; prioritetlər və dərketmə; daxili intizamın mahiyyəti və fəlsəfəsi; gündəlik zamanın idarə edilməsinin, sağlamlıq vərdişlərinin vəcəsarətin intizamı barədə məlumat verib.Daha sonra qeyd edib ki, özünəinam xoşbəxt və uğurlu həyat üçün vacib olan amildir.

Təlim tələbələrin suallarının cavablandırılması və müzakirələrlə davam etdirilib.

Paylaş: