Şb. Noy 16th, 2019

Azərbaycanda sərnişin avtobusuna hücum oldu

Goranboy rayonu ərazisində sərnişin avtobusuna hücum olub.

Turkustan.info xəbər verir ki, hadisə Goranboy rayonunun Nadirkənd kəndi yaxınlığında baş verib. Belə ki, naməlum şəxslər Gəncə-Bakı marşrutu ilə hərəkət edən avtobusa daş ataraq, şüşələrini sındırıblar. Hadisə nəticəsində yaralananlar var. Onlardan biri – 2000-ci il təvəllüdlü, Gəncə şəhər sakini Nağıyev Teymur Daşqın oğluna Goranboy rayon Təcili Tibbi Yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Digər sərnişinlər isə müayinə olunublar. Onların arasında azyaşlıların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  /Unikal.org/

Paylaş: