Ça. Noy 12th, 2019

Dadaşlinskidən mitinqlə bağlı maraqlı parodiya – VİDEO

İctimati Televiziyada yayımlanan 3D verlişinin bu dəfəki qonağı “NTV” televiziya şirkətinin baş prodüseri Timur Vaynşteyn olub.
Turkustan.info xəbər verir ki, verlişin sonunda maraqlı hadisə yaşanıb. Belə ki, efirə gələn bir nəfər aparıcı Dadaş Dadaşlinski ilə təcili görüşmək istədiyini bildirib. Bu zaman katibə Lyuba görüşün razılaşdırılmış görüş olub-olmadığını soruşub. Sözügedən şəxs isə “O məsələnin mənə aidiyyatı yoxdur. Mən buranın işçisiyəm, təcili Dadaş müəllimi görməliyəm (İTV telekanalı–red) ”, – deyərək etiraz edib. Katibə Lyuba isə razılaşdırılmamış görüş qəbul etmirik deyərək, binanın təhükəsizlik xidmətinə zəng edib. Təhlükəsizlik xidməti sözügedən şəxsi studiodan qucağına alaraq uzaqlaşdırıb. Onun belə münasibəti ötən gün 28 May ərazisində baş tutan mitinq hadisələri zamanı polislərin insanlarla olan davranışını xatırladıb.
Belə ki, mitinq zamanı yaşlı bir şəxs jurnalistlərə açıqlama verdiyi zaman polis tərəfindən eyni formada ərazidən uzaqlaşdırmışdı.

/bakupost.az/

Paylaş: