Be. Noy 11th, 2019

“Ermənistan min dəfə fiaskoya uğrayıbsa, bəs biz niyə Qarabağda deyilik?..”

“Buna manipulyasiya, başqatma, aldatma deməyəsən – nə deyəsən?..”

3 cümlədə bir “quş”…

Artıq 25 ildən çoxdur ki, qəzet səhifələrində, saytlarda görür, telekanallarda, radiolarda eşidirik: “Ermənistan, onun lideri Levon Ter-Petrosyan Lissabonda, Praqada, Moskvada, Vaşinqtonda uduzdu, fiaskoya uğradı”,  “Köçəryan Kremldə fiaskoya uğradı”, “Serjik Sərkisyan Soçidə fiaskoya uğradı”,  Paşinyan Aşqabadda, Moskvada, BMT-də,  nə bilim, Mazandaranda fiaskoya uğradı…”

Elə isə bunu deyənlər, yazanlar həqiri-bəndənizin bir sualına cavab versinlər: “Üstəlik, iqtisadiyyatnın da hər il çökdüyünü vurğuladığımız Ermənistan hökuməti, onun liderləri son 3 onillikdə bu qədər, hesablasan, bəlkə min dəfə fiaskoya uğrayıbsa və məntiqlə biz qalib olmuşuqsa, bəs o halda biz – Azərbaycan xalqı, onun müstəqil dövləti niyə Qarabağda deyil və oradakı separatçı, İrəvandakı işğalçı ermənilər niyə bizlərə meydan oxuyur?..”

Bu cür şişirtmə, mübaliğəli informasiyalarla çıxış edən pulitoloqları, media vasitələrini 30 ildir ATƏT, AŞPA kimi təşkilatlarla birgə başımızın altına yastıq qoyub Qarabağın azad edilməsindən, yəni Ermənistan üzərindəki həqiqi qələbədən- rəsmi İrəvanın gerçək fiaskosundan uzaqlaşdıran xarici və daxili düşmənlərə xidmət edərək kütlə şüurunda manipulyasiya aparmaqda, başqatmada, xalqı aldatmaqda suçlamağa haqqımız var, ya yox?..  /moderator.az/

Paylaş: