Ça. Noy 19th, 2019

Hulusi Kılıç Bakıda mükafat aldı – FOTOLAR

Oktyabrın 18-də  Hilton oteldə “Xəyal production”ın təşkilatçılığı ilə X beynəlxalq “The First 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.
Turkustan.info xəbər verir ki, Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib.
 X.Rza söyləyib ki,”The First” mükafatı mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Daha sonra mükafatın öncəki illərdə olan təqdimetmə mərasimlərinə aid videorolik göstərilib.
X.Rza qeyd edib ki, bu mükafatı müxtəlif ölkələrdən tanınmış insanlar alırlar. Bu günə qədər qardaş Türkiyədən sənət adamları – rejissorlar, aktyorlar, idmançılar, millət vəkilləri bu mükafatla təltif ediliblər: “Bizim təqdim etdiyimiz “The First” mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək”. Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, deputatlar və digər şəxslər də qatılıblar.
Müxtəlif nominasiyalar üzrə “The First” mükafatı təqdim olub. Bu mükafatı alanların arasında yazıçılar, sənət adamları, mədəniyyət işçiləri də olub. Eyni zamanda iştirak edən bir neçə nəfərə “Şərəfli ömür” mükafatı verilib. Bu medalı  alanların sırasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da olub.
H.Kılıç ilk olaraq Azərbaycanın Müstəqillik Günü münasibətilə zalda əyləşənləri təbrik edib.
 O bildirib ki, mükafatın dəyəri onun üçün böyükdür:
“Bu mükafat üçün təşəkkür edirəm. Eyni zamanda bu mükafatın ağırlığını, sorununu da yaşamaq çox önəmlidir. Gerçəkdən bura mənim vətənimdir. Mən gerçəkdən də çox mutluyam. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın sevinci üçün çalışacam. Azərbaycan mənim sevdamdir, eşqimdir ve bu belə də qalacaq. Bunu belə də bilin. Hər birinizə təşəkkür edirəm. Böyük xidmət göstərib bizləri təkrar görüşürdünüz. Sonda Nüfuzlu diplimat prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır…!” süarını səsləndirməyi unutmayıb. O zalda iştirak edən qonaqların qarşısında  “Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir…!” deyib” “
Eyni zamanda Hulusi Kılıç tədbirdə dünya söhrətliyazıçı Çingiz Abdullayevaya “The First” mükafatını təqdim edib.
Günel Yaz

Paylaş: