Ç. Noy 20th, 2019

“İndiyə qədər nəyə nail ola bilmişəmsə…” – Ramiz Mehdiyev – VİDEO

“Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun”.

Turkustan.info xəbər verir ki, bu fikirləri bu gün Ramiz Mehdiyev Prezident İlham Əliyevlə görüşündə bildirib.

O qeyd edib ki, fəaliyyətində hər zaman dövlətçiliyi əsas tutub: Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz”.

 

Paylaş: