Be. Noy 18th, 2019

Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi

ABŞ Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar Türkiyəyə qarşı bu il oktyabrın 14-də elan etdiyi sanksiyaları ləğv edib.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

D. Tramp bəyan edib ki, sanksiyaların ləğv olunması ilə bağlı maliyyə nazirinə göstəriş verib: “Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin”.

Bununla belə, ABŞ lideri qeyd edib ki, Türkiyənin Suriyada atdığı addımlar qənaətbəxş olmayacağı təqdirdə, sanksiyalar bərpa oluna bilər.

D. Tramp digər ölkələri Suriya ilə sərhədlərinə nəzarəti gücləndirməkdə Türkiyəyə yardım göstərməyə də çağırıb.  /Modern.az/

Paylaş: