Ca. Noy 14th, 2019

AzTU-nun tələbələri “ASELSAN-Bakı”da staj keçəcəklər

Oktyabrın 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.

Turkustan.info xəbər verir ki, 1998-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. “ASELSAN-Bakı”nın əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir.

Görüşdə  “ASELSAN-Bakı”nın AzTU ilə əməkdaşlıq imkanları  və maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək  bu sahədə Texniki Universitetin geniş potensialı olduğunu bildirib. Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu  və bu istiqamət üzrə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını vurğulayıb.  

Görüşdə əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində  “ASELSAN-Bakı” şirkətində staj keçəcəklər.  “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və şirkətin stajoru olacaq tələbələr müəyyən imkanlar əldə edəcəklər.

Paylaş: