Ça. Noy 19th, 2019

Elman Rüstəmovun da istefa verdiyi xəbəri yayıldı

Elman Rüstəmov Milli Bankın sədri vəzifəsindən istefa verib.

Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb.

Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Qeyd edək ki, Elman Rüstəmovun Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib:

“Bizdə Elman Rüstəmovun istefa verməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da bildirib ki, Məclisin növbəti iclasının tarixi hələlik təyin edilməyib:

“Milli Məclisin növbəti iclasına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun istefası məsələsinin salınıb-salınmadığı haqda bizdə məlumat yoxdur”.

Qeyd edək ki, yayılan məlumatda E.Rüstəmovun başqa vəzifəyə təyin ediləcəyinin ehtimal olunduğu da bildirilib.

Paylaş: