Ça. Noy 12th, 2019

TİKA və Gəncliyə Yardım Fondunun dəstəyi ilə görmə məhdudiyyətli uşaqlar üçün xüsusi kitablar çap edilib – FOTOLAR

TİKA və Gəncliyə Yardım Fondunun birgə layihəsi olan “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində, görmə məhdudiyyətli uşaqlar üçün Gəncliyə Yardım Fondu tərəfindən brayl əlifbası ilə çap edilən kitabların təqdimatı keçirilib.

Turkustan.info xəbər verir ki, 5 saylı Respublika Xüsusi İnternat Məktəbində keçirilən tədbirdə TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat Müşaviri Hüseyin Altunalan, məktəbin şagirdləri, müəllim heyəti və mətbuat nümayəndələri iştirak edib.
“Kitabın İşığın Olsun” layihəsi çərçivəsində cari il içərisində 10 adda fərqli uşaq kitabı 3 min uşağa paylanıb, bununla yanaşı görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilib, səsləndirilib həm kitab formatında, həm də CD formatında məktəbin kitabxanasına hədiyyə edilib.

Paylaş: