“Bu sənəd Qarabağ probleminin hərbi yolla həlli baxımından önəmli olacaq”

Məlum olduğu kimi, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə çıxış edən prezident İlham Əliyev bir daha Ermənistanın işğalçı siyasətini ifşa edib, təcavüzkar dövlətin zəbt etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma apardığını vurğulayıb.

Qoşulmama Hərəkatına üzv dövlətlərin işğaldakı Azərbaycan torpaqlarında ermənilər tərəfindən  aparılan qanunsuz məskunlaşma ilə bağlı nümayiş etdirəcəyi mövqe, məlum problemin az və ya çox dərəcədə önlənməsinə yardımçı oal bilərmi?

Millət vəkili Elman Məmmədov hesab edir ki, əgər Qoşulmama Hərəkatının Bakı toplantısının yekununda qəbul ediləcək sənəddə Ermənistanın  işğalçı siyasətini öz əksini taparsa, bu, dövlətimiz üçün növbəti uğur olacaq:

“Adından göründüyü kimi, bu hərəkata üzv olan dövlətlər heç bir hərbi blokun üzvü deyillər. Onlar müstəqil dövlətlərdilər. Onlar öz fəaliyyətlərində mehriban qonşuluq, sülh şəraitində yaşamaq, əməkdaşlıq, tərəfdaşlıq məsələlərinə üstünlük verirlər.

Təbii ki, cənab prezidentimiz bu tədbirdə Dağlıq Qarabağ problemini gündəmə gətirdi. Həmişə olduğu kimi, yenə Ermənistanın işğalçı, terrorçu dövlət olduğunu diqqətə çatdırdı. Ermənilərin soyqırım törətdiyini, tarixi torpaqlarımızı zəbt etdiyini vurğuladı. Zirvə toplantısının yekun sənədində bu məsələlərin öz əksini tapması mümkündür. Qoşulmama hərəkatı elə bir qurumdur ki, onlar hərbi güc yolu ilə Ermənistanı nəyəsə məcbur edə bilməzlər. Ancaq bu hərəkat böyük gücdür. Burada çox dövlət təmsil olunur. Onların qəbul etdiyi sənəd göstərəcək ki, bu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ərazi bnütövlüyünün təmin olunmasının tərəfdarıdırlıar.

Ermənistanın bu hərəkata üzv dövlətlər tərəfindən bir daha işğalçı dövılət kimi tanınması çox vacib məsələdir. Torpaqlarımız azad edilməsi sülh yolu iəl baş tutacaqsa, o zaman bu zirvə toplantısında qəbul edilən sənəd də hüquqi baxımdan müəyyən rol oynayacaq. Problem hərbi yolla həll ediləsi olsa, o zaman yenə də bu sənəd hüquqi bir sənəd kimi bizim üçün gərəkli və faydalı olacaq”.  /konkret.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle