Ç. Noy 20th, 2019

“Mən bilirdim ki, gənc nazirlərin işlərini köhnə qvardiya əngəlləyir” – Emin Millidən DƏSTƏK MESAJI

“Prezident İlham Əliyevin son addımları çox müsbət addımlardır. Ramiz Mehdiyevin getməsi Azərbaycan üçün yeni eranın başlanğıcı ola bilər. Mən bu addımları dəstəkləyirəm və bu addımlardan sonra mənim və bütün cəmiyyətin gözləntiləri və ümidləri ölkədə baş verə biləcək real iqtisadi islahatlarla bağlı xeyli artıb”.

Bu açıqlama ilə Meydan TV-nin sabiq rəhbəri Emin Milli çıxış edib.

“Mən şəxsən bilirdim ki, gənc nazirlərin işlərini köhnə qvardiya əngəlləyirdi, açıq sabotaj edirdi. Bu inam məsələsi deyil, illər boyu bu haqqda bizə müxtəlif tərəflərdən dəqiq məlumatlar gəlirdi. Bu kontekstdə ölkənin ən bacarıqlı və savadlı nazirlərindən birinə bu qədər səlahiyyət vermək, bu xətti dəstəkləmək, köhnə qvardiyanı isyefaya göndərmək Azərbaycan üçün tarixi bir hadisədir. Çoxları düşünməsin ki, sənin rəhbərliyin altında belə işləyən insanları işdən azad etmək asan məsələdir. Bu ayrı maraqlı bir mövzudur. Buna da vaxt, yeni resurslar, yeni vəziyyət və cəsrət tələb olunur”, – Emin Milli bildirib.

Onun sözlərinə görə, indi İlham Əliyevin və hökümətin Azərbaycanın iqtisadiyyatını dəyişməyə tarixi şansı yaranıb.

“Mən bilirəm ki, müxalifətdə islahatlarla bağlı böyük bir skepsis var. Bunu anlamaq da olar. İnsanlar artıq yorulub gözləməkdən.

Amma indi tam yeni bir vəziyyət yaranıb. Hesab edirəm ki, yeni savadlı və innovativ iqtisadi komanda ilə birgə ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilə bilər. Bunun üçün yeni oyun qaydaları elan olunmalıdır və heç kəs onları pozmamalıdır, pozanlar isə kimin qohumu, dostu olmasından asılı olmayaraq, çox sərt qaydada cəzalandırılmalıdırlar. Cəzasızlıq və aydın və şəffaf, hamının anladıqı yeni qaydaların olmaması istənilən islahatı basdıra bilər. İqtisadi islahatların nə qədər real olub-olmaması bu mərhələdə yoxlanılacaq.

E.Milli bildirib ki, Azərbaycanın növbəti real dəyişiklikləri yalnız iqtisadi sahədə ola bilər.

“Real olan budur. Hələ hökümətin tərəqqipərvər hissəsi bunu bacara bilsə. Bu işi görmək istəyənlərə və bacaranlara isə yalnız uğurlar arzulayıram!”

Paylaş: