Tanınmış media simaları son dəyişiklikləri belə qiymətləndirir – RƏYLƏR

 Prezident İlham Əliyevin son kadr dəyişiklərini qiymətləndirən plüralist fikirləri ilə tanınan media nümayəndələri – Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli Azərbaycan naminə daha mütərəqqi işlərin görüləcəyinə ümid bəsləyirlər.

“Ayna” və “Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlı Demokrat.az saytına deyib ki, adətən islahat yekunlaşanda onun haqqında nə isə fikir söylənilir. Ancaq Azərbaycanda bu islahatlar hələ yeni başlayıb və çox sürətlə davam edir:

“Ümumiyyətlə, idareətmə aparatının cavanlaşdırılması labüddür və təqdirəlayiq haldır. Çünki cənab Prezident İlham Əliyevin özünün söylədiyi kimi, dünyada yeni proseslər gedir, dünya təzələnir. Artıq post-neft erasıdır, dünyada yeni texnologiyalardan istifadə prioritet təşkil edir. Belə gedişlə indiyədək bizim alışdığımız bir sıra peşələr sıradan çıxacaq və yeniləri ilə əvəz olunacaq. Bütün bu proseslərlə ayaqlaşmaq, onlardan yararlanmaq və yeni dövrün çağırşlarına cavab vermək üçün gənc kadrlara ehtiyac yaranır. Əsasən də düşüncədə müasirlik və çeviklik lazımdır. Burada söhbət ondan getmir ki, yaşlı adamların düşüncəsi və savadı azdır. Xeyr, bu belə deyil. Sadəcə olaraq, bu təbii prosesdir. İnsan yaşlandıqca, onun təfəkkürü və savadı öz yerində olsa da, amma reaksiyaları, çevikliyi zəifləyir. Misal üçün, mən 20-25 il əvvəl gün ərzində 14-16 saat işləyə bilirdimsə, indi bu sürətlə işləmək artıq mümkün deyil. Yəni, fiziki baxımdan bu imkan vermir. Bu nöqteyi-nəzərdən Azərbaycanda aparılan son kadr dəyişiklikləri və islahatlar hamı tərəfindən təqdir olunmalıdır. Mən də bu islahatları təqdir edirəm”.

Image result for Elçin Şıxlı

Tanınmış jurnalist Prezidentin media sahəsində də islahatlar aparacağına ümid edir:

“Gözləyirəm ki, bütün bu islahatların nəticəsində media sahəsində də ciddi dəyişikliklər olacaq. Ancaq hələlik islahatlar daha çox iqtisadi bloku əhatə edir. Çox itsərdik ki, bu islahatlar media sahəsində də həyata keçirilsin. Çünki media sahəsində də islahatların olması labüddür. Ümid edirəm ki, cənab Prezident hazırda alt qurumların yenilənməsini həyata keçirir və bunun nəticəsində üst qurum da yenilənəcək. Üst qurumda yenilənməsinə ehtiyac olan ən vacib sahələrdən biri də məhz mediadır. Düşünürəm ki, islahatlar media sahəsini də əhatə etməlidir”.

Bakı Mətbuat Klubunun direktoru Arif Əliyev də islahatları dəstəklədiyini bildirib:

“Uzun illərdən bəri islahatlardan danışan bir adam kimi mənim bu dəyişiklikləri təqdir etməməyim düzgün olmazdı. Əlbəttə ki, son dəyişikliklər ölkə başçısının apardığı islahatlara doğru bir addımdır. İstənilən islahatların uğurlu olması üçün ilk növbədə kadr dəyişikliyi edilməlidir. Biz son günlər müşahidə edirik ki, Azərbaycanda “açar fiqurlar”ın cavanlaşdırılması prosesi gedir. Kadr dəyişiklikləri hələlik iqtisadi bloku əhatə etsə də, düşünürəm ki, bu addımlar çox düzgündür. Yəni, bu dəyişikliklər iqtisadi planların səmərəliliyinə müsbət təsir göstərə bilər. Biz çox istərdik ki, bu dəyişikliklər ictimai münasibətlərdə də baş versin. Bu baş verən zaman islahatlar prosesi sürətlənəcək. Eyni zamanda ictimaiyyətin də bu proseslərdə fəal iştirakı olacaq. Bunun üçün mütləq ictimai münasibətlərdə də dəyişikliklər olmalıdır”.

 

Arif Əliyev Prezidentin islahatlarının obyektiv işıqlandırılması üçün ölkə jurnalistlərinə də çağırış edib:

“Mən ölkə Prezidenti tərəfindən atılan bu müsbət addımların jurnalistlər tərəfindən işıqlandırılmasını zəruri hesab edirəm. Media da bu məsələdə faəllıq göstərməlidir. Ancaq çox təəssüf ki, bu gün medianın və qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanları çox məhduddur. Yəni, ictimai fəallıq da məhz buna görə aşağıdır. Onlar görülən müsbət işləri lazımı səviyyədə diqqətə çatdıra bilmirlər. Ona görə də əgər biz ictimai münasibətlərdə dəyişiklik etmək və atılan addımlara ictimaiyyətin də qoşulmağını istəyiriksə, bunun üçün media və qeyri-hökumət təşkilatları sahəsində də dəyişikliklərə ehtiyac var. Əgər bu sahədə də dəyişikliklər baş versə, biz çox yaxın zamanlarda ölkədə baş verən islahatlar prosesinə ictimaiyyətin də qoşulduğunu görəcəyik. Hətta, bununla bağlı konkret planlar da var”.

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli isə qeyd edib ki, sözügedən islahatlar çoxdan həyata keçirilməli addımlar idi:

“Buna baxmayaraq, indi ölkə başçısı tərəfindən aparılan islahatlar təqdir olunur. Artıq hamı bilir ki, Azərbaycanda bu cür islahatlara qarşı olan şəxslər kimlərdir. Bu islahatların qarşısında kimlərin dayanmasını və niyə müqavimət göstərmələri də hamıya məlumdur. Çünki burada paradoks vəziyyət yaranıb. Xalq, cəmiyyət bu cür dəyişikləiklərin olmasını istəyir, amma köhnə təfəkkürlü məmurlar öz şəxsi maraqlarından çıxış edərək, yalnız öz əhatəsinin varlığını düşünürlər. Onlar ölkədə gedən proseslərə, vətəndaşların taleyinə biganədirlər. Ona görə də həmin məmurlar bu cür islahatlara qarşı çıxırlar. Mən ölkə başçısının atdığı bu addımları təqdir edirəm”.

Related image

Professor vurğulayıb ki, bu cür islahatlar media sahəsində də olmalıdır:

“Bu gün Azərbaycanda şəffaf, açıq və keyfiyyətli medianın olmasına ehtiyac var. Televiziya kanallarında bayağı və şou verilişlərin yerinə, normal diskusiyalar aparılmalıdır. Çünki bu sahəyə cavabdeh olan şəxslər hələ də anlamırlar ki, internetin həyatımıza daxil olduğu bir dövrdə yalanları cəmiyyətə sırımaq sadəcə özümüzü aldatmaqdır. Normal medianın olması üçün düşüncə tərzini, biliyi, təfəkkürü dəyişmək, yeniliyi duymaq lazımdır. Tarix də göstərir ki, heç bir yalan uğur qazana bilməyib. Əksinə, yalanlar ölkənin, cəmiyyətin ziyanına işləyir. Bütün bunlara görə də yalandan əl çəkmək, şəffaf və dürüst olmaq lazımdır. Əgər bir media dürüstdürsə, heç bir oliqarxa xidmət etmirsə, o zaman onlar bu prosesləri normal işıqlandırmalıdır. Hesab edirəm ki, hər bir vicdanlı insan bu gün Azərbaycanın inkişafı üçün atılan addımları dəstəkləməlidir. Çünki bu milli və dövlət marağıdır. Xalqımızın və dövlətimizin xeyrinə olan bu prosesləri hər birimiz dəstəkləməliyik”.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle