Ç. Noy 13th, 2019

ABŞ hərbçiləri Deyr əz-Zora daxil oldu

ABŞ Suriyanın şərqində PKK/YPG terrorçularının işğalı altında olan neft bölgəsinə hərbi birləşmələr göndərib.

Turkustan.info xəbər verir ki, “Anadolu” agentliyi ABŞ hərbçilərinin bu gün səhər saatlarında Suriyanın Deyr əz-Zor şəhərindən keçərək cənub-şərqdəki Əl Ömər neft sahəsinə çatdığını yazıb.

Agentlik ABŞ əsgərləri ilə yanaşı, tanklar da daxil olmaqla ümumilikdə və 30 zirehli maşının bölgəyə göndərildiyini bildirib.

ABŞ hərbçilərinin Deyr əz-Zorun Baqoz bölgəsində yeni hərbi baza üçün yer müəyyənləşdirdiyi də xəbərdə qeyd edilib.

Qeyd edək ki, ötən gün Pentaqon Suriyanın şərqindəki neft yataqlarını qorumaq üçün bölgəyə hərbi dəstək göndərəcəyini açıqlamışdı.

Paylaş: