Ç. Noy 13th, 2019

Minlərlə əsgər, tanklar, qırıcılar və… – Almanların Türkiyəyə qarşı ŞOK PLANI ORTAYA ÇIXDI

Almaniya Müdafiə naziri Anneqret Kramp-Krarrenbauerin Suriyanın şimalında beynəlxalq təhlükəsiz bölgə yaratmaq təklifinin detallarını “Spiegel Online” saytı yayımlayıb.

Hazırlanan plana görə, təhlükəsiz bölgə üçün 2500 əsgər göndəriləcək və çox sayda ağır hərbi texnika yeridiləcək.

Alman ordusunun ehtimal edilən bir Suriya əməliyyatı üçün 2500 əsgər göndərməyə hazır olduğu bildirilib. Plan alman ordusunun Suriyanın şimalının 40 km uzunluğu və 30 km eni olan bölgədə sektorlara ayrılmasını ehtiva edir. Almaniya bu sektorlardan birinə liderlik etməyə də hazırdır. Bunun üçün döyüş qabiliyyətli 3 tabor göndəriləcək.

Hərbi texnikalar arasında “Boxer” adlı təkərli tankların, ağır silahların istehkam və mina təmizləmə birliklərinin olması diqqət çəkir.

Alman ordusu, əlavə olaraq, “Tornado” kəşfiyyat təyyarələri və “Eurofighter” qırıcıları ilə təmin ediləcək. Orduya yaxın birliklərin məlumatına görə, almanların sadəcə helikopterə və tibbi dəstəyə ehtiyacı var.

Əməliyyatın 2 il içində tamamlanması planlaşdırılır.

Almaniya Xarici işlər naziri Hayko Maas bu plana qarşı çıxıb. Müdafiə naziri isə Maasa cavab vermək üçün hərbi əməliyyatın bilgilərini mətbuata sızdırıb.

Qeyd edək ki, alman planı Türkiyənin “Barış pınarı” hərəkatından sonra hazırlanıb. (publika.az)

Paylaş: