Ç. Noy 13th, 2019

PKK Türkiyəyə qarşı yenidən hərəkətə keçdi

Türkiyə ilə Rusiya arasında imzalanan Soçi razılaşmasına əsasən Kobanidən çəkilməli olan YPG/PKK terror təşkilatı bunun əksinə şəhərin kənarında tunel və xəndək qazır.

Onlar qazdıqları xəndəkləri rezin və yanacaqla doldurur.

Yeni xəndək və tunellər Suriya-Türkiyə sərhdə xəttindən 18 km məsafədə yerləşir.

Qeyd edək ki, Soçi razılaşmasına görə, terrorçular 23 oktyabr saat 12:00-dan etibarən Türkiyənin sərhəd xəttibndən 32 km cənuba hərəkət etməlidir. Vaxt 29 oktyabr saat 18:00-da başa çatır. (publika.az)

Paylaş: